MUZEYLƏRİN ƏMƏKDAŞLARI ÜÇÜN TƏCRÜBƏ KURSLARI


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən bölgələrdə yerləşən muzeylərin əməkdaşları üçün bu sahədə mövcud olan beynəlxalq təcrübə, mədəni sərvətlərin mühafizəsi və digər məsələlərə həsr edilmiş regional sərgi–seminarlar, treninqlər, təkmilləşdirmə kursları təşkil edir.
Sentyabrın 18-dən oktyabrın 7-dək Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunan kurslarda Astara, Lerik, Ağdam, Bərdə, Beyləqan və Sumqayıt Tarix-Diyarşünaslıq muzeylərinin əməkdaşları iştirak ediblər.
Nəzəriyyə və təcrübə olaraq iki hissədən ibarət olan dərsləri MSXƏEBM-in elmi işlər üzrə direktor müavini Nairə Sadıxova, MSXƏEBM-in əməkdaşları – baş mühafiz İranə İbrahimova, qrafika şöbəsinin müdiri Xatirə Tağıyeva, kimyaçı mühəndis Pərvin Sadıqova, bərpaçı rəssamlar Sultan Sultanov, Gündüz Məmmədov və Natiq Baxışov aparıb.
Kursun dinləyicilərinə muzey əşyası və onun mühafizə üsulları, temperatur-rütubət rejimi, bioloji rejim, metalların, keramika məhsullarının, qrafika əsərlərinin, ağac məhsullarının və arxeoloji eksponatların bərpasında kimyəvi üsulların tətbiqi, qrafik əsərlərin, keramika əsərlərinin, şirli və şirsiz qabların, şüşə, sümük, ağac, dəri məmulatları, musiqi alətləri, silah nümunələri və saatların bərpası və konservasiyası mövzularında ətraflı məlumat verilib.

 

1

2

 

3

 

4

Sentyabr 29, 2017

Geri