”DƏRİDƏN OLAN MUZEY ƏŞYALARININ BƏRPASI” MÖVZUSUNDA ONLAYN MÜHAZİRƏ


Bu gün Elmi Bərpa Mərkəzinin əməkdaşı İranə İbrahimova Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə, “Dəridən olan muzey əşyalarının bərpası” mövzusunda onlayn mühazirə dərsi keçmisdir. Mühazirə zamanı Mərkəzimizdə bərpa edilmiş dəri eksponatların nümunələri və tədqiqat materialları əsasında, həmçinin də xaricdə aparılan bərpa prosesi haqqında məlumatlardan hazırlanmış təqdimat və elmi materiallar tələbələrin diqqətinə çatdırılmışdır.

Aprel 04, 2020

Geri