“ŞÜŞƏDƏN OLAN VƏ MİNALI MUZEY ƏŞYALARININ BƏRPASI” MÖVZUSUNDA NÖVBƏTİ ONLAYN MÜHAZİRƏ


Bu gün Elmi Bərpa Mərkəzinin  əməkdaşı İranə İbrahimova Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Şüşədən olan və minalı muzey əşyalarının bərpası” mövzusunda növbəti onlayn mühazirə dərsi keçmişdir. Mühazirə zamanı Milli Azərbaycan Tarixi, Azərbaycan Milli Xalça və Masallı tarix-diyarşünaslıq muzeylərinin Mərkəzimizdə bərpa edilmiş eksponatlarının fotoşəkilləri əsasında, həmçinin də xaricdə aparılan bərpa prosesi haqqında məlumatlardan hazırlanmış təqdimat və elmi materiallar tələbələrin diqqətinə çatdırılmışdır.

Aprel 08, 2020

Geri