Rəylər və təltiflər
{jathumbnail off}
RƏYLƏRBərpaçıların göstərdikləri xidmət və nümayiş etdirdikləri istead Azərbaycan incəsənətinə və bütün respublika rəssamlarına diqqətin və qayğının göstəricisidir… 14 dekabr 2001-ci il Tahir Salahov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Muzey sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikovanın rəhbərliyi, bərpaçı-rəssam Natiq Səfərovun istedadı sayəsində Toğrul Nərimanbəyovun Azərbaycan Respublikası Milli Məclisinin foyesini bəzəyən «Çiçəklən, Azərbaycan!», adlı divar rəsmi tez bir müddətdə bərpa edilib, sözün əsl mənasında ona ikinci həyat bəxş olunub. İndiki görkəmdə bu əsər əsaslı təmir edilərək yenidən qurulan, dünyanın ən müasir üslublu parlament binaları ilə rəqabət aparmağa qadir olan Milli Məclis binasının simvoluna çevrilərək hər birimizi qürurlandırır. 15 avqust 2007-ci il Səfa Mirzəyev Mədəniyyət və incəsənət tariximizi qoruayan bu nəcib insanların əməyi xalq tərəifndən həmişə bəyənilmiş, dəyərləndirilmişdir. Onların gördükləri xeyirxah iş xalqımızın mədəniyyət salnaməsinin bərpasına xidmətdir. Odur ki, onların əməyi hər cür təqdidə layiqdir. Canəli Əkbərov Üzeyir Hacıbəyovun özünə və ailəsinə məxsus olan müxtəlif əşyanın, o cümlədən 70-ə qədər gümüş eksponatın, bir-neçə mebelin və rəsm əsərlərinin bərpası zamanı Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşlarının göstərdikləri sənətkarlığı yüksək dəyərləndiriik. Bu mənada acheter viagra muzeyimizin əsaslı təminidən sonra yenidən qurulmuş ekspozisiyasının diqqətçəkən olmasında Mərkəzin bərpaçı-rəssamlarının əməyi əvəzsizdir. Bütün bu gördüyünüz işlər, çəkdiyiniz zəhmət yalnız təşəkkürlərə layiqdir. Sərdar Fərəcov Azərbaycan bərpaçıdarının gördüyü iş mədəni sərvətin qorunması üçün çox önəmlidir. Öz fəaliyyətlərində yüksək peşəkarlıq nümayiş etdirən bərpaçılar hər cür təqdirə layiqdir. Onlara əldə etdikləri yaradıcılıq nailiyyətlərini yüksəltməyi arzulayırıq. Tədqiqatçı Riçal Şakira Muzey əhəmiyyətli materialların yenidən həyata qaytarılması üçün Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi kimi bir təşkilatın bu gün də fəaliyyət göstərməsi olduqca təqdidəlayıq haldır. Vaxtaşırı mərkəz C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondlarında qorunan və bərpaya ehtiyacı olan materialları yüksək səviyyədə bərpa edir. Elə 2006-cı ildə də ötən əsrin əvvələrinə aid bir sıra proqramlar peşəkarlıqla bərpa edilmişdir. Nuridə Nurullayeva Muzey Mərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları muzeyimizin eksponatları üzərində yüksək səviyyəsi bərpa işləri aparıblar. Onlar Abdulla Şaiqə məxsus olan əlyazmalara «ikinci həyat» verməklə, eyni zamanda muzeyə məxsus olan mebelləri bərpa etməklə yanaşı, onların sonrakı vəziyyətini də davamlı olaraq diqqətdə saxlayırlar. Hər zaman dəyərli məsləhətlərini bizdən əsirgəlirlər. Buna görə də muzeydə görülən işləri nəzərə alaraq Mərkəzin həm müdiriyyətinə, həm də əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk, bu şərəfli işdə onlara uğurlar arzulayırıq. Rəfiqə Talıbzadə Bakının İçərişəhər adlı qədim bir güşəsində fəaliyyət göstərən bu xeyirxah və gərəkli peşə sahiblərinin işi bizi heyran etdi. Bizim nəzərimizə bu şərəfli iş sənətkarlığın nümayişi ilə yanaşı öz millətinin bu günündən də çox gələcəyinə xidmətdir. Əllərinizə qüvvət, gözünüzə işıq arzulayırıq! 23 avqust 2007-ci id Londonda yaşayan Cənubi Azərbaycanlı kimi Bakıda Bərpa Mərkəzinini mövcudluğundan və onun əməkdaşlarının işini öz gözlərimlə görməkdən çox xoşbəxtəm. Professional sənətkarların belə vacib iş gördüklərini görəndə çox fərəhləndim. Tariximizin və mədəniyyətimizin qorunması istiqamətində Zərifə xanım Məlikovanın rəhbərliyi ilə görülən yaradıcı və xeyirxah işə görə minnətdarlığımızı bildiririk, Azərbaycana başucalığı gətirən bu işin davamlı olmasını arzulayırıq. Kamran Əzizoğlu ![]() Milli Məclis Aparatının Rəhbərliyi tərəfindən Mərkəzin əməkdaşlarına verilən təşəkkürnamə
![]() Prezident İlham Əliyev və dövlət məmurları Mərkəzimiz tərəfindən bərpa olunmuş Milli Məclisin binasında Toğrul Nərimanbəyovun “Çiçəklən doğma Azərbaycan” divar pannosunun qarşısında
|
TƏLTIFLƏR![]() Pakistanda keçirilən təlim seminarda diplomun təqdimatı zamanı
![]() Zərifə Məlikova əməkdar mədəniyyət işçisi adı təltif olunarkən, 2008
![]() Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunun direktoru Trezvov Aleksandr Viktoroviç Mədəni irsi mühafizəsi mövzusunda konfransın məruzələr toplusunu təqdim edərkən. Moskva, 2009
![]() ![]()
|
Aprel 29, 2016
