11–13 may 2017–ci il tarıixlərində Sabirabad Rayon Mədəniyyət Mərkəzində təşkil olunan “MSXƏEBM 60: Nəsillər üçün qoruyaq” adlı treninq seminar və fotosərgi


 

Cənubi Qafqazda yeganə olan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə özlərinə layiqli mövqe qazana biliblər. Burada yarım əsr müddətində bu çətin peşənin nəsillərdən – nəsillərə ötürmək ənənəsi uğurla həyata keçirildiyindən bu sahənin taleyinin gələcəkdə də etibarlı əllərdə olacağına inam və zəmin yaradır. 
Bu günədək Elmi Bərpa MƏrkəzində 15.000 – dən artıq müxtəlif muzey eksponatları bərpa və konservasiya olunub, muzeylərə qaytarılıb. 
Müstəqil Respublikamızda bu gün fəaliyyət göstərən 220-ə qədər muzey kolleksiyasına daxil olan maddi – mədəniyyət nümunələrinin, sənət əsərlərinin və tarixi əhəmiyyət daşıyan sənədlərin taleyi artıq etibarlı əllərdədir.
Bu il Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yaranmasının 60 ili tamam olur. Bununla əlaqədar bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin əmri ilə Mərkəzin 11–13 may 2017–ci il tarıixlərində Sabirabad Rayon Mədəniyyət Mərkəzidə təşkil etdiyi “MSXƏEBM 60: Nəsillər üçün qoruyaq” adlı treninq seminar və fotosərgi regionlardakı muzey, qalereya, Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarını Mərkəzin fəaliyyəti və bərpa işi ilə tanış etmək məqsədi daşıyır. Tədbirə Sabirabad, Saatl, Şirvan, Hacıqabul rayonların ın muzey, mərkəz və qalereyalarının əməkdaşları dəvət olunmuşlar.

 

1

2

3

4

5

May 15, 2017

Geri