Tarixi və mədəni irsin mühafizəsində ekoloji mühitin qorunması” adlı treninq keçirilib
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının –“COP29”-un ölkəmizdə təşkili ilə əlaqədar, eləcə də 2024-cü il “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə Bakı şəhərinin Yasamal, Suraxanı, Qaradağ rayonlarındakı Heydər Əliyev Mərkəzlərinin və Ə.Əzimzadənin, C.Cabbarlının, M.S.Ordubadinin, R.Rzanın, N.Nərimanovun ev və xatirə muzeylərinin baş fond mühafizəçiləri və elmi işçiləri üçün “Tarixi və mədəni irsin mühafizəsində ekoloji mühitin qorunması” adlı treninq keçirilib.
Treninq 21 və 22 oktyabr tarixlərində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında, 23 oktyabrda isə Nəriman Nərimanovun xatirə muzeyində, MSXƏEBM-də baş tutub.
Treninqdə MSXƏEBM-nin elmi işlər üzrə direktor müavini İranə Allahverdiyeva, Baş fond mühafizi Pakizə Almazova, Elmi-tədqiqat şöbəsinin müdiri Ülviyyə Şirinova, Qrafika şöbəsinin müdiri, bərpaçı-rəssam Xatirə Tağıyeva, bioloq-mühəndis Arifə Fərhadova, kimyaçı-mühəndis Pərvin Sadıqova, keramika üzrə bərpaçı-rəssam Sultan Sultanov “Ekoloji dəyişiklərin muzey mühitinə təsiri”, “Muzey uçot sənədlərinin normativ tərtibatı”, “Müasir muzeylərdə ekoloji problemlərin araşdırılması”, “Qrafika nümunələrinin mühafizə problemləri”, “Keramika nümunələrinin mühafizə problemləri”, “Muzey əşyalarının bioloji ziyanvericilərdən qorunması”, “Zərər görmüş əşyalara ilkin kimyəvi tədbirlərin tətbiqi” mövzularında məruzələr edilib, mövzular ətrafında müzakirələr aparılıb.
Treninqin sonuncu günü muzey kolleksiyalarının mühafizəsi, fondun hüquqi üçot sənədlərinin düzgün tərtibatı istiqamətlərində N.Nərimanovun xatirə muzeyində və MSXƏEBM-də praktiki təcrübə keçirildi.
Oktyabr 25, 2024
Geri