Direktor


ZƏRİFƏ MƏLIKOVA

Vəzifəsi: Direktor

Əlaqə nömrəsi: +994 12 49238 73

E-poçt:[email protected]

18dekabr  1951-ci ildə Bakı şəhərində anadan olub.

TƏHSİLİ
1958-1968-cü illərdə – 150 saylı orta məktəb;
1968-1973-cü illərdə – M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu;

ƏMƏK FƏALİYYƏTİ

1973-cü ildə institutu bitirdikdən sonra əmək fəaliyyətinə Lenin adına Sarayda başlamışdır. Daha sonra 79 saylı orta Texniki peşə məktəbində estetika müəllimi, 1980-ci ildən C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində kiçik elmi işçi, böyük elmi işçi və elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 2001-ci ildən bugünədək Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru vəzifəsini icra edir.

Fəxri adları

  • 1990-cı ildən Azərbaycan Xalça Muzeyinin və digər muzeylərin fond satınalma Komissiyasının üzvü;
  • 2001-ci ildən Azərbaycan Milli İncəsənət Muzeyində Dövlət Ekspert Komissiyasının üzvü;
  • 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi ” fəxri adı ilə təltif edilmişdir;
  • 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü;

Orden və mükafatları

  • 2011-ci ildə Bərpa sahəsində 30 illik əmək fəaliyyətinə görə fəxri fərman;
  • 2017-ci ildə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin 60 illik yubileyinə görə fəxri fərman;
  • 2019-cu ildə Muzey işi sahəsində səmərəli fəaliyyətinə görə təşəkkürnamə;

May 14, 2019

Geri