QAZAXISTANIN MİLLİ MUZEYİNİN NÜMAYƏNDƏ HEYƏTİ ELMİ BƏRPA MƏRKƏZİNDƏ...


Elmi Bərpa Mərkəzinə vaxtaşırı yerli və xarici qonaqlar təşrif buyurur. Növbəti qonaqlarımız Qazaxıstan Milli Muzeyinin Bərpa və Konservasiya xidmətinin rəhbəri Gülsarə Mukaşeva və gənc bərpaçılardan ibarət  nümayəndə heyəti  oldu.

Qonaqlar Mərkəzimizin fəaliyyəti ilə yaxından tanış olub, bərpaçı-rəssamları ilə geniş təcrübə mübadiləsi apararaq bərpaçılıq sahəsində tətbiq edilən yeniliklər haqqında peşə təcrübəsi keçdilər.

Daha sonra qonaqlara muzey əşyalarının, xüsusən də tekstil nümunələrinin  konservasiyası  və bərpasında istifadə olunan materiallar, yeni üsullara dair məlumat verilərək master-klas göstərildi. 

Sonda qonaqlarla xatirə şəkli çəkildi.

İyul 04, 2024

Geri