ANA SƏHİFƏ


Azərbaycanda muzey sərvətlərinin bərpa işinin təməli 1957-ci ildə bərpaçı-rəssam Fərhad Hacıyev tərəfindən qoyulmuşdur. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin başlıca vəzifəsi xalqımızın mədəni irsinin qorunmasıdır. Respublikamızda muzey sərvətlərinin elmi bərpasına başlanılması XX əsrin 50-ci illərinə təsadüf edir.

MSXƏEBM-də 4 şöbə fəaliyyət göstərir:

1. Elmi – tədqiqat şöbəsi;

2. Rəngkarlıq şöbəsi;

3. Qrafika şöbəsi;

4. Tətbiqi incəsənət şöbəsi (xalça və xalça məmulatları, metal, mebel, tikmə, keramika və s.);

67 ildir ki, MSXƏEBM respublikanın 225 aparıcı, ev, rayon tarix–diyarşünaslıq və s. muzey müəssisələri üçün bərpa xidməti göstərir. Bu illər ərzində MSXƏEBM 28.000-ə yaxın müxtəlif növ muzey əşyasını bərpa və konservasiya etmişdir.

Bunların sırasında tikmə, geyim, parça nümunələri, xalça və xalça məmulatları, bədii metal nümunələri (o cümlədən gümüş məmulatı), keramika nümunəsi, ağac əşya və işləmələr, musiqi alətləri, arxeoloji qazıntılaran əldə olunmuş əşyalar və.s də vardır.

Mart 12, 2019

Geri