Elmi işlər üzrə direktor müavini
İRANƏ İBRAHİMOVA
Vəzifəsi: Elmi işlər üzrə direktor müavini
Əlaqə nömrəsi: +994 12 492 38 85
E-poçt: [email protected]
İranə Qardaş qızı İbrahimova 20 avqust 1979 cu ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmiş, həmin ildən Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyində əmək fəaliyyətinə başlamış, 2008 – ci ilədək burada elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və elmi katib vəzifələrində çalışmışdır. 2008-2021ci- illər Mərkəzin baş mühafizi vəzifəsində çalışmışdır..
İşlədiyi müddətdə Norveç, İran, Gürcüstan, Belarusiya, Ukrayna, Rusiya Federasiyası kimi ölkələrdə keçirilmiş müxtəlif beynəlxalq simpozium, konqres, konfrans, treninq seminarlarda məruzələrlə iştirak etmiş və bir sıra beynəlxalq sertifikat və diplomlarla təltif edilmişdir.
2017-ci ildə İranə Qardaş qızı İbrahimovanın fəaliyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yüksək qiymətləndirilmiş və o, “Fəxri mədəniyyət işçisi” adı və döş nişanı ilə təltif olunmuşdur.
İranə Qardaş qızı İbrahimova 20-yə yaxın elmi məqalənin müəllifidir və bu elmi məqalələr Gürcüstanda, İranda, Ukraynada, Bakıda keçirilən beynəlxalq konqres və konfransların məcmuələrində, o cümlədən yerli elmi nəşrlərdə dərc edilmişdir.
2018 ci ildən AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Muzeyşünaslıq” ixtisası üzrə dissertantıdır. “Azərbaycan ədiblərinin milli muzeylərdəki xatirə əşyaları şəxsiyyəti tamamlayan vasitə kimi” mövzusunda elmi araşdırma aparır. Eyni zamanda 2018-ci ildən ADMİUda və MSXƏEBM-də “Muzey əşyalarının bərpası və konservasiyası” və s. fənlərdən mühazirə, seminar və praktiki dərslər keçir.
İranə Qardaş qızı İbrahimova Azərbaycan Milli Xalça Muzeyinin Bərpa Şurasının, Azərbaycan Dövlət İstiqlal muzeyinin Fond-Satınalma Komissiyasının və eləcə də nüfuzlu beynəlxalq təşkilat olan İCOM-un Milli Azərbaycan Komitəsinin üzvüdür.

May 14, 2019
Geri