28 may – Respublika günüdür


 

Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən Azərbaycanın zamanla dili, dini, mədəniyyəti də sıxışdırılırdı.
Lakin, 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk xalq-demokratik respublikası idi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır.
Lakin, müstəqillik nə əziyyətsiz qazanılır, nə də asanlıqla qorunur. Ölkəmizin qazandığı azadlıq Məmməd Əmin Rəsulzadə daxil olmaqla, bir çox ziyalılarımızın və xalqımızın böyük mübarizliyinin bəhrəsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, mübariz xalqımız və tədbirli qabaqcıllarımız 1991-ci ildə müstəqilliyimizi yenidən bərpa etdilər. Əlbbəttə ki, aradakı bu zaman ərzində xalqımız dəfələrlə sıxışdırılmış və qırğınlara məruz qalmışdır. Amma heç bir qüvvə azadlıq ruhumuzu və əzmimizi qıra bilmədi.

 

1

2

3

4

5

May 28, 2016

Geri