Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “Muzey Sərvətlərinin qorunması bərpaçı – konservatorların başlıca vəzifəsidir” mövzusunda təlim – kurs


 

04 aprel 2016-cı il tarixində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “Muzey Sərvətlərinin qorunması bərpaçı – konservatorların başlıca vəzifəsidir” mövzusunda təlim – kurslar başlanıldı.
Kurslarda Lənkəran rayon Həzi Aslanovun ev muzeyinin, Azərbaycan Milli İncəsənət muzeyinin, Şəki rayon Sabit Rəhmanın ev muzeyinin, Beyləqan, Quba, Neftçala, Mingəçevir Tarix – diyarşünaslıq muzeylərinin nümayəndələrinə mövzu üzrə master klaslar keçirilir.
Təlim kursları 5 gün davam edəcək. Sonda iştirakçılara Sertifikatlar təqdim olunacaq.

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

Aprel 05, 2016

Geri