10 mart ölkəmizdə Milli Teatr günü olaraq qeyd edilir


 

10 mart ölkəmizdə Milli Teatr günü olaraq qeyd edilir

Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda dahi dramaturq M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası tamaşaya qoyuldu. Bu hadisə ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyuldu.
Bu əlamətdar gün münasibəti ilə, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyindən bərpa olunması üçün mərkəzimizə göndərilən və tərəfimizdən böyük həvəslə bərpa edilən eksponatlardan sizə nümunələr təqdim edirik.


Mart 10, 2016

Geri