“XİLAS EDİLMIŞ MƏDƏNİ SƏRVƏTLƏR” ADLI TƏDBİR


Növbəti sərgi-seminar 13-15 noyabr tarixlərində Biləsuvarda Heydər Əliyev Mərkəzində Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarının muzey, qalereya və Heydər Əliyev Mərkəzlərinin əməkdaşları üçün keçirildi. Qeyd edək ki, “Xilas edilmiş mədəni sərvətlər” adlı bu tədbir Azərbaycana muzey əşyalarıının bərpa və konservasiyası işinin təməlini qoyan, görkəmli bərpaçi – rəssam Fərhad Hacıyevin anadan olmasının 90 illiyinə həsr olunmuşdu. Bununla əlaqədar tədbir iştirakçılarına Mərkəzin fəaliyyətini, Salyan, Neftçala tarix-diyarşünaslıq muzeylərinin toplularından bərpa olunmuş muzey əşyalarının bərpa proseslərini əks etdirən video – çarxlar, təqdimatlarla yanaşı, görkəmli bərpaçi – rəssam Fərhad Hacıyevin həyat və fəaliyyətini əks etdirən təqdimat da nümayiş etdirildi və həmçinin onun tələbələri olan mərkəzin əməkdaşları Fərhad Hacıyev haqqında öz xatirələrini bölüşdülər.

Sonda iştirakçıların sualları Mərkəzin əməkdaşları tərəfindən cavablandırıldı. Daha sonra isə Mərkəzin əməkdaşları Biləsuvar tarix diyarşünaslıq muzeyinə gedərək ekspozisiya və fonddakı eksponatların vəziyyəti ilə tanış oldular və muzeyin əməkdaşlarına onların mühafizəsinə dair bir sıra tövsiyələr verdilər.

Noyabr 22, 2019

Geri