“20 YANVARı unutmadıq”


Qanlı yanvar gecəsindən artıq 30 il ötür. Hər il olduğu kimi, bu il də yanvarın 17-də Elmi Bərpa Mərkəzi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvarı unutmadıq” adlı foto sərgi və dəyirmi masa təşkil etmişdir. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra 20 Yanvar faciəsinə dair videoçarx nümayiş etdirilib. Çıxışlarda 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq ruhunun sarsılmasına yönəlmiş terror aktı olduğu bildirdildi. Bütün bu vəhşiliyə, qanlı qırğına baxmayaraq, Azərbaycan xalqı şəhidlərinin qanları bahasına öz arzusuna – müstəqilliyə qovuşdu.

Daha sonra Elmi Bərpa Mərkəzinin kollektivi Şəhidlər xiyabanını ziyarət edərək 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər. Bu müqəddəs yolda qurban getmiş şəhidlər xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Əziz şəhidlər, ruhunuz şad olsun!

Yanvar 18, 2020

Geri