Mədəni sərvətlərimizin bərpa və konservasiyasını əks etdirən video-çarx (I film)


Covid-19 (Corona virus) virusunun dünyada yayılması səbəbindən əksər muzeylərimiz Evdə qal prinsipiňə əməl edərək online iş rejiminə keçmişdir.
Sizlər muzey zallarında nümayiş etdirilən eksponatları seyr edib zövq alarkən onlardan bir qisminin Sizə qüsursuz görünməsində, ümumiyyətlə bərpa olunaraq ikinci həyat yaşamasında əməyi olan, hər zaman arxa planda öz vəzifələrinin öhdəsindən peşəkarlıqla gələn bərpaçılar haqqında düşünürsünüzmü? Muzeyləri gəzmək imkanınız olsa da, muzey əşyalarının necə bərpa və konservasiya olmasını müşahidə etmək hər birinizə əlçatan olmur. Buna görə də Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi özünün sərgi zalı və ekspozisiyası olmamasına baxmayaraq bir çox muzeylərimizdə nümayiş etdirilən mədəni sərvətlərimizin bərpa və konservasiyasını əks etdirən silsilə video-çarxların, təqdimatların online paylaşımını həyata keçirməklə Sizlərə bu imkanı yaradır. İlk olaraq isə Mərkəzimizin yaranma tarixindən bəhs edən sənədli filmi diqqətinizə çatdırırıq və bu silsiləni davam etdirəcəyik

Mart 28, 2020

Geri