Azərbaycanımızın hər guşəsində tariximizin şahidləri


Qədim keçmişə malik Azərbaycanımızın hər guşəsində tariximizin şahidləri olan eksponatlar layiqli qorunub saxlanılır. Dövlətimiz bütün sahələrə ayrı – ayrılıqda diqqət və qayğıyla yanaşır. O cümlədən də, mədəniyyətimizin, incəsənətimizin inkişafına və təbliğinə dəstək olur. Bunun nəticəsidir ki, tezliklə Masallı rayonunda tarix – diyarşünaslıq muzeyinin yeni tikilmiş binası istifadəyə veriləcək.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi kollektivi adından bu əlamətdar hadisəni təbrik edirik.
Masallı rayon tarix – diyarşünaslıq muzeyi ilə işbirliyimiz ərzində göndərdikləri çoxsaylı eksponatlar bərpaçılarımızın əllərindən xilasını tapmışdı. Qərara aldıq ki, diyarşünaslıq muzeyinin yeni binasının açılışı münasibətilə, Masallıdan mərkəzimizə göndərilən və uğurla bərpa edilən eksponatlardan sizə nümunələr təqdim edək.

 

1

2

 

 

3

4

 

 

5

6

 

 

7

8

Fevral 17, 2016

Geri