17 noyabr – Milli Dirçəliş Günü


 

1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu.
Moskvanın, xüsusən də SSRİ-nin o vaxtkı rəhbərliyinin biganəliyindən istifadə edən ermənilər 1988-ci ildən başlayaraq azərbaycanlılara qarşı təxribata başlamışdılar. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın ermənilərə verilməsinin tələbi artıq son nöqtə idi. Sakit halda etirazını bildirib, şüarlarla rəhbərlikdənkömək istəyən xalq anladı ki, nə Moskva, nə də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir tədbir görməyəcək.
1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında xalqımıza qarşı aparılan antiazərbaycan siyasətinə etiraz olaraq, xalq yumruq kimi birləşdi. Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başladı. Bu əsl milli azadlıq hərəkatı idi.
Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyə qovuşdu. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Əziz həmvətənlərimiz, Milli Dirçəliş Günümüz mübarək!

 

1

2

4

Noyabr 17, 2016

Geri