18 may – Beynəlxalq Muzeylər Günü


 

Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər günü kimi qeyd edir. Beynəlxalq Muzeylər günü — Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixindən qeyd edilir.

Bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühim bir rol oynadığını göstərməkdir. Həmin gün bütün muzeylərdə “Açıq qapı” elan olunur, müxtəlif tədbirlər, sərgilər keçirilir. Insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirir.
Qədim əsərlər, sənədlər bizə keçmişdə yaşayan insanların düşüncələri, inancları, yaşayışları, qabiliyyətləri haqqında məlumat verir. Keçmişi öyrənərək bugünü anlamağımıza kömək edir.
Muzey şahiddir. Eyni zamanda muzey insan əməyi, zəkası ilə yaradılan gözəllik deməkdir.
Azərbaycan mədəniyyəti – qədim tarixə malikdir. Min illər ərzində Azərbaycanın ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır.
Bu gün muzеylərimiz öz dəyərli еkspоnаtlаrı ilə хаlqın tаriх və mədəniyyətini, milli mənsubiyyətini müаsir dövrə аşılаyаn ən gözəl vаsitədir.
Lakin bu dəyərləri qoruyan muzey əməkdaşları zamanın təsirinin önündə aciz qalır və belə hallarda artıq eksponatlar yardım – bərpa tələb edir. Müstəqil Respublikamızda fəaliyyət göstərən 200-dən artıq muzey kolleksiyasına daxil olan minlərlə maddi-mədəniyyət nümunələrinin, sənət əsərlərinin və tarixi əhəmiyyət daşıyan sənədlərin bərpa və konservasiyaya ehtiyacı var.
Bu təqdirdə onların xilasına Cənubi Qafqazda yeganə olan Muzey Sərvətləri və Xatirə Əşyalırının Elmi Bərpa Mərkəzinin, artıq ölkədaxili və beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə özlərinə layiqli mövqe qazana bilən, mütəxəssisləri gəlir. Azərbaycan bərpaçılarının fədakar əməyi neçə-neçə unikal sənət əsərinə «yeni həyat» qazandırmış, gələcək nəsillərin həmin gözəllik qaynaqlarından zövq ala bilməsinə nail olmuşdur.

 

May 18, 2016

Geri