AZƏRBAYCAN POEZİYASININ MİKAYIL MÜŞFİQ ZİRVƏSİ – 5 iyun 1908 –ci il


Bu gun repressiya qurbanı olmuş azərbaycanlı şair Mikayıl Müşfiqin doğum günüdür.

Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq qalmaqdadır. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Hər bir gənc istənilən mövzuda M.Müşfiqin şeirlərindən istifadə edə bilər. Xüsusən də milli mənlik şüuru, vətənpərvərlik, Vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq şeirləri ölçüyə gəlməzdir.

Cəmi 30 il ömür yaşayan, özündən sonrakı nəsillərə bəlkə də yaşlı bir qocanın belə ömrünə sığışmayacaq qədər romantik şeirlər irsi qoyan M.Müşfiqin daha bir şeiri isə gənclər üçün sevginin bütün formalarını ümumiləşdirdiyi “Sevgilər” şeiridirOnun ən son şeirlərindən biri isə maraqlı tarixçəsi olan “Öylə zənn etmə ki, mənim varlığım” adlı şeiridir. 

 

Öylə zənn etmə ki, mənim varlığım 

İpək saçlarından daha incədir.

Mən ölüm beşiyi bir məzarlığam

Əllərində həyat bir əyləncədir.

 

Uçurumam gecəyəm boranam çəkin

Toxunsam hər kimə xırpalaram mən.

İçimdə hirsi var azğın bir eşqin

Hər yolun sonuna çıxan yaram mən.

İyun 05, 2020

Geri