“AZƏRBAYCANIN MƏDƏNİ SƏRVƏTİ”


 

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalça Muzeyində keçirilən “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində Rusiya Dövlət Elmi-Təqiqat Bərpa üzrə İnstitutunun ali dərəcəli bərpaçı-rəssamları Sofya Martyanova və Yuliya Xrebtova tərəfindən parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələrə və təlim dərslərinə başlamışlar.
Növbəti mühazirə zamanı Rusiya Dövlət Elmi-Təqiqat Bərpa üzrə İnstitutunun mütəxəssislərinin uzun illər əməkdaşlıq etdikləri Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin fəaliyyəti ilə daha da yaxından tanış olmaq istəklərini nəzərə alaraq onlar Mərkəzə dəvət edildilər.
23 noyabr 2016- cı ildə Mərkəzə gələn qonaqlara direktor Z. Məlikova burada tətbiq edilən bərpa üsulları barədə ətraflı məlumat verdi. Daha sonra onlar bərpa olunmuş eksponatlara baxış keçirərək və hər bir eksponat üçün yazılan elmi pasportlarla tanış olaraq Mərkəzdə muzey əşyalarının bərpa və konservasiyasına yanaşmanın düzgünlüyünü vurğulayıb görülən bərpa işlərini yüksək qiymətləndirdilər.
Parça, tikmə və milli geyimlərin bərpasında tətbiq etdikləri yeni vasitələr haqqında bərpaçıların suallarını cavablandıran mütəxəssislər bu təcrübə mübadiləsindən razılıqlarını bildirdilər.

 

Noyabr 23, 2016

Geri