«İkinci ömür» – «Yeni həyat»


 

Dünyada mövcud olan çoxsaylı peşələrin mahiyyətinə görə geniş mənada bir-birinə oxşarlığı nə qədər çox olsa da, bərpaçılıq sənəti bu baxımdan da başqalarından fərqlənməkdədir. Onu yalnız canlılara bərk ayaqda can verən, «ikinci ömür» bəxş edən təbiblərlə müqayisə etmək, onlara oxşatmaq mümkündür. Fərqi bir ondadır ki, təbib müasiri ilə göz-gözə qalmaqla onunla dialoqa girmək imkanındadırsa, bərpaçı bir qayda olaraq keçmişlə, tarixlə üz-üzə qalmalı olur. Odur ki, xəyalən təfəkkürünün zənginliyinin köməkliyi və vasitəçiliyi ilə ötən əsrlərə qayıdır, həyata qaytarmağa hazırladığı cansız əşyanın özündə qanlı-qadalı tarixi yaşadan maddi-mədəniyyət nümunələrinin yarandığı mühitə, şəraitə qiyabi bələdçilik etməyə çalışır. Yalnız bundan sonra keçmiş sənətkarların gözlərinin nurunun əllərinin sehrinin, ürəyinin istiliyinin məhsulu olan ən müxtəlif funksiyalı əşyalarla «dərdləşə» bilir. Bu təmas və ünsiyyətdən sonra onun zahirən cansız görünən, əslində isə yaşantılara bələnmiş nümunələrin təbibsayağı dərdinə çarə qılmaq üçün real imkan yaranır.

Azərbaycan bərpaçılarının fədakar əməyi neçə-neçə unikal sənət əsərinə «yeni həyat» qazandırmış, gələcək nəsillərin həmin gözəllik qaynaqlarından zövq ala bilməsinə nail olunmuşdur.

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

Mart 26, 2016

Geri