“Təhlükədə olan irs və musey sərvətlərinin təxliyyə qaydaları və münaqişə dövründə və ekstremal şəraitdə mədəni irsə yardım” mövzusunda regional onlayn seminar keçirilib.


  • Слайд 1

  • Слайд 1

  • Слайд 1

  • Слайд 1

  • Слайд 1

29 aprel 2021-ci ildə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “Təhlükədə olan irs və muzey sərvətlərinin təxliyyə qaydaları və münaqişə dövründə və ekstremal şəraitdə mədəni irsə yardım” mövzusunda  regional onlayn seminar keçirilib.

Seminarda  Saatlı, Sabirabad, Masallı  və Bərdə Tarix-Diyarşüaslıq Muzeyləri də iştirak ediblər. Seminarın ilk hissəsində COVİD-19 virusu səbəbilə ölkə ərazisində tətbiq olunan karantindən çıxış strategiyası, karantin və postkarantin zamanı görülən tədbirlərə dair tövsiyyələr paylaşılıb.

Ziyarətçilərin qəbulu üçün muzeylərin açılışa hazırlığı, ziyarətçi axınının tənzimlənməsi, işçi heyətinin təhlükəsizliyi haqqında geniş təlimatdan sonra düzgün dezinfeksiya qaydalarından bəhs olunub.

Muzeylərdə sanitariya və dezinfeksiya proseslərinin təşkili və planlaşdırılması, eyni zamanda bu plana nəzarətin idarəetmə şöbələrinin üzərinə düşdüyü vurğulanıb.

Seminarın ikinci yarısında isə fövqəladə hallar zamanı mədəni sərvətlərin zərər görməsinin (məhv və ya qarət olunmasının) qarşısınının alınması prosesi  haqqında müzakirələr aparılıb. Muzeylər keçmişimizin və insan yaradıcılığının dəyərli şahidlərini qoruyur. Məlumdur ki, ölkəmiz bədxah qonşularla həmsərhəddir  və təbii fəlakətlərdən daha çox zərərvericidirlər. Tarix boyu dəfələrlə şahidi olduğumuz bu arzuolunmaz hadisələrə qarşı hazırlıqlı olmalıyıq. Bu səbəblə təhlükə riski olduqda, biz muzeylərin daxili dəyərini müdafiə etməli və ona daima dəstək göstərməliyik. Təbii fəlakətlər, qarət və ya silahlı hücumlar zamanı mədəni sərvətlərin qorunması çətindir və bəzən həyati təhlükə yarada bilər.

Bunu nəzərə alaraq, seminar iştirakçılarına fövqəladə vəziyyətlə qarşılaşdıqda eksponatların hansı yollarla təxliyyə oluna biləcəyi haqqında geniş və izahlı təlimat verilib. Öncə evaukasiyanın nə zaman zəruri olduğunu və ümumiyyətlə bu qərarın alınması üçün necə qiymətləndirmə aparılacağı izah olunub.

Seminarın sonunda evakuasiya prosesinə başlamamışdan əvvəl və sonrakı hazırlıq prosesslərini əks etdirən fotoşəkillərindən ibarət təqdimat nümayiş etdirilmiş və fikir mübadiləsi aparılmışdır.

Aprel 29, 2021

Geri