Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami irsini yaşadaq” adlı onlayn regional seminar


  • Слайд 1

  • Слайд 1

  • Слайд 1

  • Слайд 1

  • Слайд 1

  • Слайд 1

  • Слайд 1

  • Слайд 1

 

    İyunun 17-si saat 11:30-da Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami irsini yaşadaq” adlı onlayn regional seminar keçirilib.

    Zoom proqramı vasitəsilə keçirilən onlayn seminarda Gəncə Dövlət Tarix Mədəniyyət qoruğunun Nizami filialı, Gəncə şəhər Mədəniyyət Mərkəzi-Diyarşünaslıq Evi, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, həmçinin Mərkəzimizin əməkdaşları iştirak ediblər.

    Tədbir zamanı qüdrətli söz və fikir ustadı Nizami Gəncəvidən bəhs olunan təqdimat nümayiş etdirilərək Azərbaycan mütəfəkkirinin həyat və yaradıcılığı haqqında fikirlər söylənilib.

    Təqdimatın ikinci hissəsində isə Nizami irsinin qorunması və gələcək nəsillərə ötürülməsi mövzusunda görülən işlərdən bəhs olunub. Qeyd olundu ki, daima şərqşünaslığın diqqət mərkəzində olan Nizami dühası və ona həsr olunan bütün yaradıcılıq nümunələri tariximizin bir parçasıdır. Şairin yaradıcılığının yaşadılmasında və tanıdılmasında ona həsr olunan müxtəlif sənət əsərləri və s. mühüm rol oynayır.

    Seminarın gedişatı zamanı mərkəzimizdə bərpa olunan sözügedən sənət əsərlərinin bərpadan əvvəlki, bərpa posesindəki və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirildi, üzərlərində aparılan bərpa prosesləri haqqında ətraflı məlumat verildi.

    Daha sonra rayon muzeylərinin əməkdaşları Nizami və onun irsinin yaşadılması haqqında öz fikirlərini bölüşərək, əməkdaşı olduqları muzeylərdə dahi şairə həsr olunan eksponatları təqdim etdilər.

    Seminarın sonunda “Cəmiyyətimizin mədəni və tarixi dəyərləri bizə əmanətdir və ən ümdə borcumuz bu əmanəti sonrakı nəsillərə ötürməkdir – Keçmişimizi gələcəyimiz üçün qorumaq bizim əsas məqsədimiz olmalıdır” şüarıyla Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn regional seminar yekunlaşıb.

İyun 17, 2021

Geri