ELMİ BƏRPA ŞURASININ 10.12.2021-Сİ İL TARİXLİ İCLASI


2021-ci il dekabr ayının 10-da Elmi Bərpa Mərkəzində mərkəzin direktoru Zərifə xanım Məlikovanın sədrliyi ilə Elmi Bərpa şurasının növbəti iclasında “Rəngkarlıq” şöbəsinin işi müzakirə edilib. Gündəliyə əsasən Azərbaycan Dövlət Rəsm Qalereyası və Masallı Tarix-Diyarşünaslıq Muzeyindən mərkəzə daxil olan eksponatların bərpadan əvvəlki vəziyyətlərinə və bərpadan sonra görülən işlərin nəticələrinə baxış keçirilib. 

Eksponatların bərpadan əvvəl və bərpadan sonra görülən işlər və nəticələri haqqında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

Dekabr 11, 2021

Geri