Fərid Əsgərovun Şəhidlik yolu - Bu gün onun doğum günüdür!


Bu gün şəhid Fərid Əsgərovun doğum günüdür.
Fərid Əsgərov 1996-cı il mayın 21-də Neftçala rayonunun Qaçaqkənd kəndində hərbiçi ailəsində anadan olub. Lənkəran Dövlət Universitetinin İngilis dili fakültəsində təhsil alıb.
2017-ci və 2018-ci illərdə Beyləqan ərazisində N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən sonra Bakıda mühafizə idarəsində çalışıb.
O, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb, oktyabrın 3-də cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək igidliklər göstərib. Noyabrın 4-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
2021-ci ilin iyun ayında Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Vətən uğrunda qəhrəmancasına şəhid olan Fərid Ərəstun oğlu Əsgərova məxsus isimliklər, əsginaslar və kiçik qeyd vərəqi tez bir zamanda bərpa olunaraq ailəsinə təhvil verilib.
Fərid Əsgərov Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi imzanı atmış oldu.

May 21, 2022

Geri