9 May – Qələbə Günüdür!


9 May 2017-ci il – faşizm üzərində qələbənin 72-ci ildönümüdür.
1941-1945-ci illəri əhatə edən və tarixə Böyük Vətən müharibəsi adı ilə daxil olan bu müharibə Azərbaycan xalqından da yan keçməyib. Böyük Vətən müharibəsində Azərbaycan xalqının igid oğul və qızları öz qəhrəmanlıqları ilə əbədi şöhrət qazanmışlar. Müharibənin elə ilk günlərindən Azərbaycan oğullarının qəhrəmanlığı xalqımızda qələbəyə böyük inam yaradırdı.

Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.

Qələbə Gününüz Mübarək!

 

May 09, 2017

Geri