ELMİ BƏRPA MƏRKƏZİNDƏ ADMİU-nin və ATMU-nin TƏLƏBƏLƏRİNƏ İSTEHSALAT TƏCRÜBƏSİ KEÇİRİLİR


Elmi Bərpa Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması”, Sənətşünaslıq ixtisaslarının əyani təhsilalma formaları üzrə və Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbələrinə təcrübə kursu və istehsalat təcrübəsi keçirilir.
Bu gün tələbələr təcrübələrini Qrafika və Tətbiqi İncəsənət şöbəsində davam etdirirlər.
Təcrübə kursu may ayınadək davam edəcək.

Aprel 06, 2023

Geri