Beynəlxalq ekspertlərin Türküstan görüşü


Cari ilin 21-28 iyun tarixlərində MSXƏEB nin direktoru Zərifə Məlikova Qazaxıstan Respublikasının Türkistan vilayətinin mədəniyyət və turizm idarəsinin Tətbiqi incəsənət vilayət muzeyləri ilə birgə keçirdiyi Qazaxıstan Respublikasının Prezidenti yanında milli qurultaya və qurultay çərçivəsində təşkil olunmuş “ART Turkestan” adlı beynəlxalq incəsənət festivalına ekspert qismində dəvət alaraq iştirak etmişdir.
Tədbirdə Azərbaycan, Qazaxstan, Türkiyə, Qırğızıstan, Tatarstan, Özbəkistan, Rusiya kimi ölkələrdən dəvət olunmuş ekspertlər mədəni sərvətlərin qorunması və bərpası, eyni zamanda muzey işinin prioritet istiqamətlərinin öyrənilməsi və tətbiqi, sahəyə dair beynəlxalq təcrübə və son elmi nailiyyətlərin təhlili sahəsində geniş təcrübə mübadiləsi aparmışlar.
Sonda tədbir iştirakçılarına, o cümlədən Zərifə Məlikovaya xidmətlərinə və tədbirdə fəal içtirakına görə sertifikat təqdim olunmuşdur.

İyul 10, 2023

Geri