“MSXƏEBM 60: MƏDƏNİYYƏT ABİDƏLƏRİ BƏRPAÇILARIN GÖZÜ İLƏ” adlı treninq seminar və fotosərgi


Ölkəmizdə tarixi – mədəni abidələrin, eləcə də sənət əsərlərinin bərpası böyük dövlət və ictimai əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda bərpaçılıq sənətinin artıq yarım əsrlik tarixə malik olması da bu qayğının ifadəsidir. Bu peşənin xalqın maddi və mənəvi dəyərlərinin qorunmasına xidmət etməsi ona olan diqqətin davamlılığını şərtləndirib. 
Bu il Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yaranmasının 60 ili tamam olur. Bununla əlaqədar bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin əmri ilə Mərkəzin 16–18 oktyabr 2017–ci il tarıixlərində Agstafa Mədəniyyət Mərkəzində Agstafa, Tovuz və Qazax rayonlarının muzey əməkdaşları üçün təşkil etdiyi “MSXƏEBM 60: Mədəniyyət abidələri bərpaçıların gözü ilə” adlı treninq seminar və fotosərgi keçirilib.

 

1a

1

2

4

5

6

7

8

9

10

12

Oktyabr 19, 2017

Geri