Rəylər və təltiflər


{jathumbnail off}

RƏYLƏR

Bərpaçıların göstərdikləri xidmət və nümayiş etdirdikləri istead Azərbaycan incəsənətinə və bütün respublika rəssamlarına diqqətin və qayğının göstəricisidir… 14 dekabr 2001-ci il

Tahir Salahov
Xalq rəssamı

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Muzey sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikovanın rəhbərliyi, bərpaçı-rəssam Natiq Səfərovun istedadı sayəsində Toğrul Nərimanbəyovun Azərbaycan Respublikası Milli Məclisinin foyesini bəzəyən «Çiçəklən, Azərbaycan!», adlı divar rəsmi tez bir müddətdə bərpa edilib, sözün əsl mənasında ona ikinci həyat bəxş olunub. İndiki görkəmdə bu əsər əsaslı təmir edilərək yenidən qurulan, dünyanın ən müasir üslublu parlament binaları ilə rəqabət aparmağa qadir olan Milli Məclis binasının simvoluna çevrilərək hər birimizi qürurlandırır. 15 avqust 2007-ci il

Səfa Mirzəyev 
Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri

Mədəniyyət və incəsənət tariximizi qoruayan bu nəcib insanların əməyi xalq tərəifndən həmişə bəyənilmiş, dəyərləndirilmişdir. Onların gördükləri xeyirxah iş xalqımızın mədəniyyət salnaməsinin bərpasına xidmətdir. Odur ki, onların əməyi hər cür təqdidə layiqdir.
18 may 2001-ci il

Canəli Əkbərov
Azərbaycan Respublikasının xalq artisti

Üzeyir Hacıbəyovun özünə və ailəsinə məxsus olan müxtəlif əşyanın, o cümlədən 70-ə qədər gümüş eksponatın, bir-neçə mebelin və rəsm əsərlərinin bərpası zamanı Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşlarının göstərdikləri sənətkarlığı yüksək dəyərləndiriik. Bu mənada acheter viagra muzeyimizin əsaslı təminidən sonra yenidən qurulmuş ekspozisiyasının diqqətçəkən olmasında Mərkəzin bərpaçı-rəssamlarının əməyi əvəzsizdir. Bütün bu gördüyünüz işlər, çəkdiyiniz zəhmət yalnız təşəkkürlərə layiqdir.

Sərdar Fərəcov
Üzeyir Hacıbəyovun Dövlət ev-muzeyinin direktoru

Azərbaycan bərpaçıdarının gördüyü iş mədəni sərvətin qorunması üçün çox önəmlidir. Öz fəaliyyətlərində yüksək peşəkarlıq nümayiş etdirən bərpaçılar hər cür təqdirə layiqdir. Onlara əldə etdikləri yaradıcılıq nailiyyətlərini yüksəltməyi arzulayırıq.

Tədqiqatçı Riçal Şakira
Vaşinqton şəhəri, ABŞ

Muzey əhəmiyyətli materialların yenidən həyata qaytarılması üçün Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi kimi bir təşkilatın bu gün də fəaliyyət göstərməsi olduqca təqdidəlayıq haldır. Vaxtaşırı mərkəz C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondlarında qorunan və bərpaya ehtiyacı olan materialları yüksək səviyyədə bərpa edir. Elə 2006-cı ildə də ötən əsrin əvvələrinə aid bir sıra proqramlar peşəkarlıqla bərpa edilmişdir.
Mədəni irsimizin qorunması yolunda göstərdikləri bu böyük xidmətə və nəcib əmələ görə muzey əməkdaşları adından Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin kollektivinə dərin minnətdarlığımızı bildiririk.

Nuridə Nurullayeva
C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru

Muzey Mərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları muzeyimizin eksponatları üzərində yüksək səviyyəsi bərpa işləri aparıblar. Onlar Abdulla Şaiqə məxsus olan əlyazmalara «ikinci həyat» verməklə, eyni zamanda muzeyə məxsus olan mebelləri bərpa etməklə yanaşı, onların sonrakı vəziyyətini də davamlı olaraq diqqətdə saxlayırlar. Hər zaman dəyərli məsləhətlərini bizdən əsirgəlirlər. Buna görə də muzeydə görülən işləri nəzərə alaraq Mərkəzin həm müdiriyyətinə, həm də əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk, bu şərəfli işdə onlara uğurlar arzulayırıq.

Rəfiqə Talıbzadə
Abdulla Şaiqin mənzil muzeyinin direktoru

Bakının İçərişəhər adlı qədim bir güşəsində fəaliyyət göstərən bu xeyirxah və gərəkli peşə sahiblərinin işi bizi heyran etdi. Bizim nəzərimizə bu şərəfli iş sənətkarlığın nümayişi ilə yanaşı öz millətinin bu günündən də çox gələcəyinə xidmətdir. Əllərinizə qüvvət, gözünüzə işıq arzulayırıq!

23 avqust 2007-ci id
Mehdi, Təbriz şəhəri, İran İslam Respublikası

Londonda yaşayan Cənubi Azərbaycanlı kimi Bakıda Bərpa Mərkəzinini mövcudluğundan və onun əməkdaşlarının işini öz gözlərimlə görməkdən çox xoşbəxtəm. Professional sənətkarların belə vacib iş gördüklərini görəndə çox fərəhləndim. Tariximizin və mədəniyyətimizin qorunması istiqamətində Zərifə xanım Məlikovanın rəhbərliyi ilə görülən yaradıcı və xeyirxah işə görə minnətdarlığımızı bildiririk, Azərbaycana başucalığı gətirən bu işin davamlı olmasını arzulayırıq.

Kamran Əzizoğlu
London şəhərində yaşayan Təbrizli (Cənubi Azərbaycan)


Milli Məclis Aparatının Rəhbərliyi tərəfindən 
Mərkəzin əməkdaşlarına verilən təşəkkürnamə

Prezident İlham Əliyev və dövlət məmurları Mərkəzimiz tərəfindən bərpa olunmuş Milli Məclisin binasında Toğrul Nərimanbəyovun “Çiçəklən doğma Azərbaycan” divar pannosunun qarşısında

 

TƏLTIFLƏR


Pakistanda keçirilən təlim seminarda diplomun  təqdimatı zamanı

 

Zərifə Məlikova  əməkdar mədəniyyət işçisi  adı təltif olunarkən,  2008

 


Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunun direktoru  Trezvov Aleksandr Viktoroviç  Mədəni irsi mühafizəsi mövzusunda konfransın məruzələr toplusunu təqdim edərkən.  Moskva, 2009

 

Təltif nümunələri

 

Aprel 29, 2016

Geri