Elmi Bərpa Şurasının iclası


2019-cu il aprel ayının 5-də Elmi Bərpa Mərkəzində mərkəzin direktoru Zərifə xanım Məlikovanın sədrliyi ilə Elmi şuranın “Keramika və Rəngkarlıq” sektoru üzrə növbəti iclası keçirildi. Gündəliyə əsasən Şəki Axundzadənin Ev Muzeyi, R.Əfəndiyevin ev Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyi və Şəki Tarix-Diyarşünaslıq Muzeyindən mərkəzə daxil olan eksponatların bərpadan əvvəlki vəziyyətlərinə və bərpadan sonrası görülən işlərin nəticələrinə baxış keçirildi.

Eksponatların bərpadan əvvəl və bərpadan sonra görülən işlər və nəticələri haqqında müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi.

Aprel 05, 2019

Geri