LƏTİF KƏRİMOV “Azərbaycan xalçalarında ornament”


Azərbaycanın xalq rəssamı, naxışşünas və xalçaşünas Kərimov Lətif Hüseyn oğlu (17 noyabr 1906 – 8 sentyabr 1991) Azərbaycanın Qarabağ mahalının Şuşa şəhərində anadan olmuşdur. O, Qarabağ mahalında toxuduqları gözəl xalçaları ilə məhşur olan Allahverənlər nəslindən idi.

Gənc yaşlarından xalçaçılığa olan marağı üzündən, illər ərzində bu sənətin sirrini öyrənməklə məşğul olur. Artıq işində ustalaşan Lətif Kərimovun yaradıcılığında 1930-1940-cı illər xüsusi yer tutur. Elə həminillərdən başlayaraq, onun xalçaları Azərbaycandan kənarda da böyük maraq və rəğbətlə qarşılanır.

Elmi-yaradıcılıq fəaliyyətinə Azərbaycan SSRİ EA-nın Memarlıq və İncəsənət institutunda başlayan Lətif Kərimov 1945-ci ildə ayrıca xalça şöbəsinin açılmasına nail olmuşdur.

Bacarıqlı xalçaşünasın “Azərbaycan xalçalarında ornament” kitabı xalçalarımızdakı naxışların, ornamentlərin öyrənilməsi baxımından misilsiz əhəmiyyətə malikdir.

Lətif Kərimovun bir sənətkar və alim kimi əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Stalin mükafatı laureatı adına layiq görülmüş, Xalqlar Dostluğu Ordeni ilə təltif olunmuşdur.

Sizə, Lətif Kərimovun təşəbbüsü ilə 1972-ci ildə yaradılmış və hazırda öz fəaliyyətini layiqincə davam etdirən Azərbaycan Xalça Muzeyinin mərkəzimizdə bərpa olunmuş eksponatlarından nümunələr təqdim edirik.

Noyabr 16, 2016

Geri