“NƏ MUTLU TÜRKƏM DEYƏNƏ”


3 May “Türkçülük günü”  bütün Türk dünyasında hər il təntənə ilə qeyd olunur. Bu münasibətlə Azərbaycan Britaniya Kollecində türkdilli dövlətlərin birliyini əks etdirən “Nə mutlu türkəm deyənə” adlı ikihissəli proqram şəklində tədbir keçirildi.

Tədbirin əsas məqsədi iştirakçıları və qonaqları türkdilli dövlətlərin tarixi, mədəniyyəti, milli mətbəxi ilə yaxından tanış edib, dostluq – qardaşlıq münasibətlərini inkişaf etdirmək idi.

Tədbirə iştirakçı kimi dəvət alan  Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin rəhbər və kollektivi qonaqlara bərpaçılıq sənəti, Mərkəzin fəaliyyəti,   mil­li mə­də­niy­yə­ti­mi­zə xid­mət, öl­kə mu­zey­lə­ri­nin ekspo­nat­la­rı­nın bər­pa­sı və kon­ser­va­siyası haqqında  məlumat verdilər.

Mərkəzə ayrılmış güşədə Azərbaycan mədəniyyət nümunələrinin bərpa prosesini əks etdirən foto-sərgi nümayiş etdirildi və Mərkəzin bərpaçıları tərəfindən neçə-neçə unikal sənət əsərinə «yeni həyat» qazandırmış bərpa işinin mükəmməl üsulları ağac, tikmə və keramika nümunələrinin timsalında interaktiv qonaqlara şəkildə göstərildi. 

Həm tədbirin qonaqlarının, həm də iştirakçıların və şagirdlərin böyük marağına səbəb olan güşəyə Kollecin direktoru cənab Sigve Austheim də yaxınlaşaraq sərgi ilə tanış oldu və  bərpaçıların əməyini yüksək qiymətləndirdi.

Tədbirin sonunda Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin rəhbər və kollektivi “Nə mutlu türkəm deyənə” adlı tədbirdə kollecə göstərdiyi dəstəyə görə Təşəkkürnamə ilə təltif olundu.

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

May 04, 2017

Geri