ŞƏKİ 2010 - TRENİNQ SEMİNAR ZAMANI


           28.06.2010-02.07.2010-cu il tarixində MSXƏEBM-nin əməkdaşları Şəki şəhərində olan muzeylərlə və onların mövcud problemləri ilə tanışlıqdan sonra tarix-diyarşünaslıq muzeyində təlim-seminarlar keçirtdi. Bu təlim seminarlarda muzey işçiləri ilə yanaşı, mədəniyyət şöbəsinin nümayəndələri də iştirak edirdi. Seminar iştirakçılarına MSXƏEBM-nin yarandığı gündən bu günə kimi olan fəaliyyətini və nailiyyətlərini əks etdirən sənədli film, xalça, tikmə, qrafika nümunələrinin bərpa və konservasiya üsullarına dair interaktiv nümayiş etdirərək iştirakçılarda geniş təsəvvür yaratmağa çalışdılar. Sonrakı təlim seminarda muzey əməkdaşlarını maraqlandıran məsələlər haqqında dəyirmi-masa keçirərək, əşyaların mühafizəsi, bərpa və konservasiyası sahəsində onları maraqlandıran sualları ətraflı cavablandırdılar. Muzeylərdə aşkarladıqları nöqsanları geniş müzakirə edərək, mədəniyyət şöbəsinin əməkdaşlarına və muzey direktorlarına qeydə alınmış ilk növbədə bərpaya ehtiyacı olan əşyaların tez bir zamanda mərkəzimizə gətirilməsinin zəruriliyinin bir daha vurğuladılar.

 {jathumbnail off}

{gallery}seki2010{/gallery}

 

Aprel 27, 2010

Geri