Yağlı boya əsərlərinin alternativ əsasa dublirə üsulu


“Sexdə”
Müəllif: T.Cavadov
Kətan,yağlı boya.
Bərpaçı-rəssam: Ə.Əliyev
“Şəhər mənzərəsi”
Müəllif: T.Cavadov.1962 il
Kətan,yağlı boya,tempera.
Bərpaçı-rəssam: Ə.Əliyev

Muzеy bəşəriyyətin çохəsirlik tаriхi ərzində ən qiymətli sərvətlərin mühаfizəsi, хəzinədаrı və yаddаşnаməsidir. Muzеylər sözün əsil mənаsındахаlqın yаrаtmış оlduğu ən qiymətli хəzinədir. Milаddаn əvvəl və sоnrаkı dövrlərdə bəşəriyyətin qоruyub sахlаdığı tаriхi mədəniyyət аbidələri, mаddi-mədəniyyət nümunələri, yаddаşnаmələr, kitаbələr, аdət-ənənələr nəsillərdən nəsillərə kеçərək bu günə gəlib çаtmışdır.
         Bəzi siyаsətçilər doğru qeyd edirlər  ki, bir ölkənin tarixini  tаnımаq üçün ilk növ­bədə оnun muzеylərini görmək lаzımdır. Bеlə ki, ölkənin tаriхini, mədəniyyətini, аdət-ənənəsini, bir sözlə, qədim kеçmişini və nеcə хаlq оlduğunu muzеylərdən аn­lа­mаq və nəticə çıхаrmаq оlаr. Həqiqətən də, muzеylərimiz bizim kеçimişimiz, bu gü­nümüz və gələcəyimizdir. Bu gün muzеylərimiz öz zəngin və dəyərli еkspо­nаt­lаrı ilə хаlqın tаriх və mədəniyyətini, milli  mənsubiyyətini müаsir dövrə аşılаyаn ən gözəl vаsitədir.
Lakin  bu dəyərləri qoruyan muzey əməkdaşları  zamanın təsirinin önündə aciz qalır.Hər bir muzey eksponatı  öz  daxili həyatını yaşayır. Muzey əşyaları ətraf mühitin,işiğın,saxlanma şəraitinin və digər səbəblərin təsirindən təbii dağılmaya məruz qalır. Rəsm  əsərləri də həmçinin. İstər dahi  Dalinin,  Pikassonun və ya başqa bir rəssamın əsəri oslun, kətanlar  vaxt  keçdikcə köhnəlir, rənglər  parlaqlığını  itirir, əsasları boşalıb sallanır. Belə hallarda artıq eksponat yardım, bərpa tələb edir.
Yağlı boya əsərlərinin bərpası  incə, mürəkkəb, uzun müddət aparan,  xüsusi bacarıq və ləvazimatlar tələb edən  texnoloji bir prosesdir.
    –       Aşağıda sadalanan  bir sıra klassik bərpa məsələlərini və digər yağlı boya  əsərlərinin “xəstəliklərini” Azərbaycanda yeganə olan Muzey Sərvətlrinin və Xatirə  Əşyalarının  Elmi Bərpa Mərkəzinin mütəxəssisləri uğurla həyata keçirirlər.
    –     Əsasdan ayrılan rəng qatının bərkidilməsi.
    –     Kətanın zədələrinin bərpası.
    –     Kətanın boşalmasının aradan qaldırılması.
    –     İtirilmiş zəmin hissələrinin bərpası.
    –     Qoruyucu layın təmizlənməsi və bərpası.
    –     Əsərin alternativ əsasa dublirə edilməsi.
    –     İtirilmiş rəng qatının  hissələrinə ton vermə prosesi və s.
           Qeyd edek ki, MSXƏEBM-nə daxil olan rəngkarlıq əsər­lə­ri­nin üzərində birinci növbədə material,texniki və kimyəvi la­bo­rator tədqi­qatlar aparılır,eksponatlar pasportlaşdırılır,fotoşəkilləri çə­ki­lir.Tədqiqatların əsa­sında bərpa tapşırığı tərtib olunur və bərpa tədbirləri MSXƏEBM-nin Elmi Bər­pa Şurası tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir.
Yağlı boya əsərlərinin alternativ əsasa dublirəsi rəngkarlıq əsərlərinin bərpasında mü­rəkkəb əməliyyatlardan  biridir. Bu əməliyyata  daha ətraflı nəzər yetirək
              Ümumiyyətlə, bərpada  dublirə prosesi əsərin digər yeni əsasa yapışdırılması deməkdir.Yeni təməl əsərin  zədələnmiş əsasını gücləndirir, möhkəmləndirir, bunula da rəng qatını bərkidir və əsərə ikinci həyat verir.
Dublirə prosesi müxtəlif ardıcıl tədbirlərdən ibarətdir: 1. Bərpa olunan əsərin ölçüsündən 10 sm az olmamaq şərti ilə müvəqqəti alt   çərçivə düzəldilir  və orijinalın kətanına mümkün qədər yaxın kətan seçilir. Kətan çərçivəyə dartılır.
2. Həmin kətana tərkibində balıq yapışqanı və bal olan maddə hopdurulur.Yeni əsas sabit temperaturda tam qurudulur.
3. Əsər üz tərəfdən papiros kağızı və xüsusi yapışqanla, ilıq temperatur rejimində olan ütü ilə bir və ya iki layla bərkidilir.Yenidən qurudulur.
4. Rəsm alt çərçivədən çıxarılır.
5. Əsərin arxa hissəsi mexaniki üsulla çirkdən və tozdan quru təmizlənmə prosesinə uğrayır. Kətanın qüsurları liflərinin qalın hissələri, düyünlər, köhnə yamaqlar, inventarlaşdırma zamanı istifadə edilən yağlı boya işarələri, yapışqan qatlıqları, kağız yarlıqlar, sürgüc möhürlər və ya onların izləri təmizlənir, bu,  dublirə prosesi zamanı əsərin fakturasını zədələmək ehtimalını aradan qaldırılır.
6. Əsər üz hissəsi  aşağı vəziyyətdə, kənarları boyunca sıx şəkildə taxta əsasa bərkidilir və dublirə yapışqanı ilə qalın layla örtülür, qurudulur.
7. Hər iki kətan(orijinal ve yeni hazırlanan) təkrar yapışqan layı ilə örtülür və yapışqan tam qurumadan dublirə prosesinin ən məsuliyyətli hissəsi həyata keçirilir.
8. Bu əməliyyat mərmər masanın üzərində aparılır.Dublirə olunan əsərin yeni təməlini təşkil edən kətan yapışqanlı hissəsiylə üzü yuxarı masanın üzərinə yerləşdirilir.Əsər taxta əsasdan azad olunur və yeni əsasın üzərinə yerləşdirilir. Bundan sonra əsər hava boşluqları qalmamaq şərti ilə ehtiyatla ortadan kənar tərəfləri istiqamətində hamarlanır. Dublirə olunan yağlı boya əsəri eyni istiqamətdə orta temperatur rejimində olan ütü ilə, nəzarətlə qoruyucu filtrova kağız vərəqin üzərindən ütülənir. Ütüləmə prosesi  kifayət qədər uzun müddət aparır. Əsər tam yapışandan sonra müvəqqəti alt çərçivədə qalmaq şərti ilə qurudulur. Mərmər masa ütüləmə əməliyyatı nəticəsində “tərləyir” (kondensasiya prosesi irəli gəlir), su təbəqəsi ilə örtülür, bu da əsərin kətanına müsbət  təsir göstərir. Belə ki yapışqanın sürətli keçməsini ləngidir və onun əsərin zəmininin daxilinə daha dərin hopmasına səbəb olur.
Tam qurumuş əsərin üzərindən papiros kağızının qatı distilə olunmuş su və qiqroskopik pambıq vasitəsilə çıxarılır.Əməliyyat zamanı mümkün qədər az su istifadə edilir və sonda yağlı boyanın səthini skipidar məhlulu ilə emal etməklə nəmlik tam aradan qaldırılır.
Və nəhayət, yağlı boya əsərlərinin dublirə prosesinin sonuncu əməliyyatı-rəsm daimi alt çərçivəyə qaydalara uyğun çəkilir, bundan sonra əsərin üzərində növbəti bərpa işləri davam edir.
Yağlı boya əsərlərinin üzərində alternativ əsasa dublirə üsülunu MSXƏEBM-nin mütəxəssisləri dəfələrlə uğurla həyata keçirib. Milli İncəsənət Muzeyinin fondundan daxil olan Tofiq Cavadovun əsərləri də buna nümunədir.Yuxarıda açıqlanan dublirə prosesinin və digər müxtəlif  bərpa əməliyyatlarının nəticəsində rəsmlər ekspozisiya vəziyyətinə salınıb.
           Keçmiş əsrlərin mədəni irsini qoruyub gələcək nəsillərə ötürmək heç də asan iş deyil. Respublikamızda bu gün fəaliyyət göstərən 200-dən çox muzey kolleksiyasına daxil olan maddi-mədəniyyət nümunələri, sənət əsərləri və tarixi əhəmiyyət daşıyan sənədlərin taleyi MSXƏEBM – nin yüksək dərəcəli bərpaçı-rəssamlarının etibarlı  əllərindədi.

 

Ülviyyə Şirinova,
elmi-tədqiqat şöbəsinin müdiri,
qrafika üzrə bərpaçı-rəssam.

{jathumbnail off}

May 03, 2016

Geri