ELMİ BƏRPA ŞURASININ 02.03.2018-Сİ İL TARİXLİ İCLASI


2018-ci il mart ayının 2-də Elmi Bərpa Mərkəzində mərkəzin direktoru Zərifə xanım Məlikovanın sədrliyi ilə Elmi şuranın “Parça, tikmə, geyim” sektoru üzrə növbəti iclası keçirildi. Gündəliyə əsasən Azərbaycan Milli İncəsənət Muzeyindən mərkəzə daxil olan eksponatların bərpadan əvvəlki vəziyyətlərinə və bərpadan sonrası görülən işlərin nəticələrinə baxış keçirildi.

Eksponatların bərpadan əvvəl və bərpadan sonra görülən işlər və nəticələri haqqında müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi.

March 02, 2018

Back