18 may – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylərin gücü” şüarı altında “Muzey fədailəri” adlı tədbir keçirilib.


17 may 2022-ci ildə Elmi Bərpa Mərkəzində 18 may – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylərin gücü” şüarı altında “Muzey fədailəri” adlı tədbir keçirilib.
Tədbirə Azərbaycan muzeylərinin yaranmasında misilsiz xidmətləri olan, muzey işi sahəsində öz sözünü demiş qocaman muzey işçiləri qonaq qismində dəvət olunmuşdur. Tədbir zamanı onların əmək fəaliyyətini əks etdirən görüntülərdən ibarət musiqili video-çarx təqdim olundu. Daha sonra onlar geniş təcrübələrindən bəhs edən xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Tədbirin sonunda muzey fədailəri ilə xatirə şəkilləri çəkildi.

May 19, 2022

Back