Ucar rayonu sərgi – 2013


Elmi Bərpa Mərkəzinin növbəti sərgi-seminarı

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi növbəti dəfə respublikamızın müxtəlif muzeylərində saxlanılan xalqımıza məxsus maddi-mədəni irs nümunələrinin dağılmasının qarşısını almaq, onların bərpa və konservasiyası üçün lazımi tədbirlərin görülməsi,  maarifləndirmə və  açıq sərgi-seminarının keçirilməsi məqsədilə Ucar rayonuna ezam olunmuşlar.
          Ezamiyyət müddətində Ucar tarix-diyarşünaslıq muzeyinə gedən Mərkəzin əməkdaşları, ekspozisiyada və fondda ilk növbədə bərpaya ehtiyacı olan əşyaları seçərək, yaxın müddətdə  Bərpa Mərkəzinə gətirilməsini tövsiyə edib,  yerindəcə eksponata ziyan vurmadan, onu ən sadə və eyni zamanda təlimata uyğun şəkildə ekspozisiyada nümayiş etdirilmə üsulunu göstərdilər. 
Mərkəzin əməkdaşları Ucar tarix-diyarşünaslıq muzeyinin mövcud problemləri ilə tanışlıqdan sonra  Heydər Əliyev Mərkəzində sərgi-seminarlar keçirtdilər. Bu sərgi-seminarda Ucar rayonunun mədəniyyət şöbəsinin nümayəndələri, muzey işçiləri ilə yanaşı Kürdəmir və Ağdaş rayonlarının mədəniyyət şöbələrinin nümayəndələri, muzeylərin işçiləri də iştirak edirdi. Seminarı Ucar rayonunun mədəniyyət şöbəsinin inspektoru Mirqələm Əliyev açdıqdan sonra sözü MSXƏEBM-nin direktoru Zərifə Məlikovaya verdi. Seminar iştirakçılarına MSXƏEBM-nin yarandığı gündən bu günə kimi olan fəaliyyətini və nailiyyətlərini əks etdirən sənədli filmlər göstərildi. Xalça, tikmə, qrafika nümunələrinin bərpa və konservasiya üsullarına dair interaktiv nümayiş etdirərək seminar iştirakçılarında Bərpa Mərkəzi haqqına geniş təsəvvür yaratdıq.
Seminardan sonra iştirakçıları Heydər Əliyev Mərkəzinində təşkil edilmiş Ucar tarix-diyarşünaslıq muzeyinin toplularından bərpa olunmuş əsərlərdən, onların bərpadan əvvəl və bərpa zamanı vəziyyətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış edib, Mərkəzin fəaliyyətini əks etdirən kitabça və  bukletlər, eləcə də muzey fond və ekspozisiyalarında eksponatların mühafizəsinə dair məlumat vərəqləri təqdim etdilər.   
Seminarın növbəti günlərində muzey əməkdaşlarını maraqlandıran məsələlər haqqında dəyirmi-masa keçirildi. Mərkəzin əməkdaşları əşyaların mühafizəsi, bərpa və konservasiyası sahəsində muzey işçilərini maraqlandıran müxtəlif sualları ətraflı cavablandırdılar. 
Mərkəzin əməkdaşları ezamiyyət zamanı Ucar rayon Heydər Əliyev Mərkəzini ziyarət edib onların fəaliyyəti ilə  yaxından tanış oldular. 

 {jathumbnail off}

{gallery}sergi/ucar{/gallery}

April 27, 2013

Back