“MSXƏEBM–nin nəzdində Elmi Bərpa Şurasının təşkilinin 40 ili” adlı tədbir


Bu il MSXƏEBM–nin nəzdində Elmi Bərpa Şurasının təşkilinin 40 ili tamam olur. Bu müddət ərzində Elmi Bərpa Şürasının tərkibi bir neçə dəfə yenilənmiş, müxtəlif illərdə şuraya Rasim Əfəndi, Vilayət Kərimov, Cəmilə Həsənzadə və d. kimi görkəmli alimlərı rəhbərlik etmişdir.
21 sentyabr 2023 – cü ildə AR Mədəniyyət Nazirliyinin 3-24/3-1-f.222/2023 nömrəli əmrilə Elmi Bərpa Şurasının yeni tərkibi təsdiqlənmişdir. Bu münasibətlə. Mərkəzdə həm Elmi Şuranın yaradılmasını qeyd etmək, həm də yeni üzvləri təqdim etmək məqsədilə “MSXƏEBM–nin nəzdində Elmi Bərpa Şurasının təşkilinin 40 ili” adlı tədbir, habelə yeni təkibdə ilk Elmi Bərpa Şurası keçirildi.
Tədbirdə Elmi Bərpa Mərkəzinin yaranmasından bəhs edən videoçarxlar nümayiş etdirildi, Mərkəzin fəaliyyəti, Şuranın vəzifə və səlahiyyətləri barədə ətraflı məlumat verildi.
Daha sonra şuranın ilk iclasında Azərbaycan Dövlət Teatr muzeyi, Saatlı, Masallı, Gəncə, Xaçmaz tarix-diyarşünaslıq muzeylərinin və Masallı Dövlət Rəsm Qalereyasının mərkəzdə bərpa prosesi keçmiş əşyalarının müzakirəsi aparıldı və görülmüş işlərin hesabatı dinlənildi.

Elmi Bərpa Şurasının yeni tərkibi:
Zərifə Məlikova – sədr, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru,əməkdar mədəniyyət işçisi
Ülviyyə Şirinova – katib, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin Elmi-tədqiqat şöbəsinin müdiri
Üzvlər:
Ağəli İbrahimov – Azərbaycan Rəssamlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi
Tariyel Bəşirov – Xalçaçı-rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam
Nailə Süleymanova – AMEA- nın M. Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, İlahiyyat üzrə fəlsəfə doktoru, dosent
Afət Rüstəmbəyova – Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasının müdiri, t.ü.f.d., dosent
Ülkər Talıbzadə – Abdulla Şaiqin Mənzil –Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, əməkdar mədəniyyət işçisi,
Anar Ağalarzadə – AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent
Natiq Səfərov – Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-bərpa şöbəsinin müdiri, ali dərəcəli bərpaçı-rəssam, əməkdar rəssam
İranə İbrahimova – Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini
Pakizə Almazova – Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin baş mühafizi

November 22, 2023

Back