Cari ilin 01 mart tarixində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Elmi Bərpa Şurasının növbəti iclası keçirildi.


Elmi Bərpa Şurası MSXƏEBM-nin direktoru Z.Məlikovanın sədrliyi ilə üzvlərdən AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi A.Ağalarov, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi N.Süleymanova, Azərbaycan Milli Tarix Muzeyinin xüsusi fondunun müdiri A.Rüstəmbəyova, MSXƏEBM-nin elmi işlər üzrə direktor müavini İ.İbrahimova, Baş fond mühafizi P.Almazova və digər üzvlərin iştirakı ilə keçirildi.
İclasın gündəlik məsələsi Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Milli Xalça Muzeyinin, Quba Tarix-Diyarşünaslıq Muzeyinin və eləcə də Astara Tarix-Diyarşünaslıq Muzeyinin Kakalos kənd filial muzeyinin eksponatlarının bərpadan sonrakı vəziyyətinin müzakirəsi idi. Müzakirəyə təqdim edilən əşyaların tikmə və metal kolleksiyaları olmaqla 28 ədəd eksponata baxış keçirildi.
MSXƏEBM-nin bərpaçı-rəssamları B.Əliyeva, X.Yambulatova, A.Yusifova, R.Cəfərov əşyalar üzərində aparılan bərpa və konservasiya prosesləri barədə məlumat verdilər.
Sonda Şura üzvləri təqdim olunan eksponatların bərpa və konservasiya işinin məqsəd və prinsiplərinə uyğun aparıldığını qeyd edərək işlərin qənaətbəxş hesab edildiyini bildirdilər.

March 04, 2024

Back