Növbəti qonağımız millət vəkili Elmi Bərpa Mərkəzində


Elmi Bərpa Mərkəzinə vaxtaşırı yerli və xarici qonaqlar təşrif buyurur. Növbəti qonağımız millət vəkili, Naxçıvan Rəssamlar Birliyinin sədri, “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Ülviyyə Tapdıq qızı Həmzəyeva oldu.
O, Mərkəzimizin fəaliyyəti, burada aparılan bərpa prosesləri və bərpaçı-rəssamlar ilə yaxından tanış olub, bərpaçılıq sahəsində tətbiq edilən yeniliklər haqqında öz fikirlərini bölüşdü.
Sonda qonaqla xatirə şəkli çəkildi.

April 04, 2024

Back