ELMİ BƏRPA ŞURASININ 13.05.2019-СU İL TARİXLI ICLASI


2019-cu il may ayının 13-də Elmi Bərpa Mərkəzində mərkəzin direktoru Zərifə xanım Məlikovanın sədrliyi ilə Elmi şuranın “Qrafika və Tətbiqi incəsənət” sektoru üzrə növbəti iclası keçirildi. Gündəliyə əsasən Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Xalça Muzeyindən mərkəzə daxil olan eksponatların bərpadan əvvəlki vəziyyətlərinə və bərpadan sonra görülən işlərin nəticələrinə baxış keçirildi.

Eksponatların bərpadan əvvəl və bərpadan sonra görülən işlər və nəticələri haqqında müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi

May 13, 2019

Back