MSXƏEBM “Muzey dəfinələri” adlı regional sərgi-seminar keçirib.


         Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin 65 illik yubiley ili çərçivəsində keçirilən silsilə tədbirlərdən biri də 8 dekabr 2022-ci tarixində Saatlı tarix-diyarşünaslıq muzeyində keçirilən “Muzey dəfinələri” adlı regional sərgi-seminar oldu.

Müxtəlif dövrlərə və ölkələrə məxsus numizmatika məmulatları təkcə ödəniş vasitəsi deyil, həm də bir sıra geyimlərin, kəmər, sinəbənd və s. kimi zərgərlik nümunələrinin bəzək elementləri kimi də istifadə olunub.

Mərkəzimiz illər ərzində bir çox muzeylərin toplularına məxsus numizmatika  nümunələrinin atribusiya, bərpa və konservasiyasını həyata keçirib.

         Sərgi-seminarda  MSXƏEBM-nin, Hacıqabul, Şirvan, Sabirabad, Saatlı tarix-diyarşünaslıq muzeylərinin, Heydər Əliyev Mərkəzlərinin və Saatlı Rəsm Qalereyasının əməkdaşları iştirak ediblər.

         Tədbirdə Sabirabad regional mədəniyyət idarəsinin Saatlı rayonu üzrə baş məsləhətçisi  İlkin Zeynalov və muzeyin direktoru Sürəyya Zeynalova çıxış edərək belə bir təşəbbüs üçün minnətdarlıqlarını bildiriblər. Tədbirdə numizmatika nümunələrinin mühafizə problemləri və yolları  barəsində müzakirələr aparılıb, tövsiyələr verilib, Mərkəz tərəfindən aparılan «Bir rublun  tarixçəsi» adlı elmi  araşdırma  təqdim edilib. Sonra bərpaçı-rəssamlar Gündüz Məmmədov və  Rasim Cəfərov  tədbir iştirakçılarının suallarını cavablandırıblar.  Daha sonra,  muzeyə və  foto-sərgiyə ekskursiya təşkil olunub.

08 декабря, 2022

Назад