“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “İçərişəhər” Muzey Mərkəzinin fondlarından fotoların, foto və şüşə neqativlərin təmizlənməsi, bərpası və rəqəmsallaşdırılmasl üzrə 19-20 sentyabr 2023-cü il tarixində nəzəri-praktiki seminar keçirilib.


Seminarda Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi, Azərbaycan Fotoqrafları Birliyi və “İçərişəhər” Muzey Mərkəzinin mütəxəssisləri iştirak edib. Seminar iştirakçıları unikal texnologiya ilə tanış olaraq, bu sahəyə yüksək maraq göstəriblər.

Seminar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gürcüstan Milli Muzeyinin ekspert və Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Seminar zamanı Gürcüstan Milli Muzeyi, Konservasiya Elmi İnstitutu, Foto və kağız bərpası, konservasiya laboratoriyasının rəhbəri Fridon Lobjanidze, Gürcüstan Milli Muzeyi, D.Yermakovun foto kolleksiyasının baş mütəxəssisi Sofiya Ebralidze tərəfindən muzey və foto aləmində Azərbaycanda ilk dəfə olaraq foto artefaktların bərpası haqqında təqdimat göstərilib və iştirakçılara fond nümunələri əsasında əyani olaraq bərpa prosesi nümayiş olunub.

Sonda xatirə şəkli çəkilərək seminar yekunlaşdırılıb.   

22 сентября, 2023

Назад