“Mədəni irsin tədqiqi və konsrevasiyası” mövzusunda növbəti beynəlxalq elmi-metodiki konfrans


Cari ilin  26-27 oktyabr tarixlərində Moskva şəhərində Rusiyanın Bərpa üzrə Dövlət Elmi Tədqiqat İnstitutu tərəfindən “Mədəni irsin tədqiqi və konsrevasiyası” mövzusunda növbəti beynəlxalq elmi-metodiki konfrans keçirilmişdir. Konfrans  bərpa sahəsində bir çox elmi monoqrafiyaların müəllifi, görkəmli rus alimi Yuri Qrenberqin xatirəsinə həsr olunmuşdur.

Muzey bərpasında müasir tədqiqatlardan bəhs edən bu konfransda  Rusiyanın yerli alim və bərpaçılarıyla yanaşı, Qazaxıstan və Azərbaycandan mütəxəssislər iştirak və məruzə etmişlər.  Ölkəmizi bu tədbirdə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzininin direktoru Zərifə Məlikova təmsil etmişdir. Tədbirin açılışında salamlama nitqi ilə çıxış etdikdən sonra o, «İlk bərpaçı-rəssam» mövzusunda məruzə etmiş, tədbir iştirakçılarının diqqətini Azərbaycanın ilk bərpaçı-rəssamı Fərhad Hacıyevin Rusiyada Stepan Çurakov, İqor Qrabar və d kimi bərpa sahəsində görkəmli tədqiqatçılardan bərpanın sirlərinə yiyələndikdən sonra Azərbaycanda muzey bərpasının əsasının qoyulması və inkişafı sahəsindəki  xidmətlərinə çəkmişdir.

31 октября, 2023

Назад