“XİLAS EDİLMİŞ MƏDƏNİ SƏRVƏTLƏR” ADLI SƏRGİ-SEMİNAR


30 may – 1 iyun 2019–cu il tarıixlərində təşkil olunan “Xilas edilmiş mədəni sərvətlər” adlı sərgi-seminar regionlardakı muzey, qalereya, Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarını Mərkəzin fəaliyyəti və bərpa işi ilə tanış etmək məqsədi daşıyıb. Tədbirə Şəmkir, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarının muzey, mərkəz və qalereyalarının əməkdaşları dəvət olunmuşlar. Tədbir müddətində Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin toplularına məxsus eksponatların bərpa prosesini əks etdirən təqdimat, eləcə də mərkəzin fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.

07 июня, 2019

Назад