Elmi Bərpa Şurası


Mərkəzdə fəaliyyət göstərən Elmi-Bərpa Şurası bərpaçıların ən yaxşı və etibarlı istiqamətləndiricisidir. Bu şuraya görkəmli alim və sənət adamları, həmçinin mərkəzin səriştəli mütəxəssisləri daxildir.

 

Elmi Bərpa Şurasının yeni tərkibi:

Zərifə Məlikova – sədr, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru,əməkdar mədəniyyət işçisi

Ülviyyə Şirinova – katib, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin Elmi-tədqiqat şöbəsinin müdiri

 

Şuranın üzvləri:

Ağəli İbrahimov – Azərbaycan Rəssamlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi

Tariyel Bəşirov – Xalçaçı-rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam

Nailə Süleymanova – AMEA- nın M. Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, İlahiyyat üzrə fəlsəfə doktoru, dosent

Afət Rüstəmbəyova – Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasının müdiri, t.ü.f.d., dosent

Ülkər Talıbzadə – Abdulla Şaiqin Mənzil –Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, əməkdar mədəniyyət işçisi,

Anar Ağalarzadə – AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

Natiq Səfərov – Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-bərpa şöbəsinin müdiri, ali dərəcəli bərpaçı-rəssam, əməkdar rəssam

İranə İbrahimova – Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini

Pakizə Almazova – Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin baş mühafizi və bərpaçılar bərpa öncəsi və bərpadan sonra əşyaları nəzərdən keçirir, təklif olunan bərpa və konservasiya üsullarını müzakirə edir və əşyaların bərpa vəziyyətini qiymətləndirir, tövsiyələr verir.

İyun 19, 2019

Geri