“Muzey Sərvətlərinin qorunması bərpaçı – konservatorların başlıca vəzifəsidir” mövzusunda təlim – kurs
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində aprel ayının 4-dən etibarən başlayan “Muzey Sərvətlərinin qorunması bərpaçı – konservatorların başlıca vəzifəsidir” mövzusunda təlim – kurs aprel ayının 8-də başa çatdı.
Təlimçilər qədər iştirakçılar da olduqca həvəsli idilər. İştirakçılarla birlikdə keçirdiyimiz bu günlər ərzində doğmalaşdıq, əyləndik və başlıcası həm onlar, həm də biz öyrəndik. İlk “tələbə”lərimizlə birlikdə Azərbaycan Milli İncəsənət Muzeyinə,Azərbaycan Xalça Muzeyinə, Üzeyir Hacıbəylinin ev muzeyinə ekskursiyalar təşkil edildi. Bərpaçılıq sənətinin daha incə sirlərindən agah olan iştirakçılar özlərinin qeyd etdikləri kimi, “bir uşaq qədər” sevincli idilər. Kursun sonunda iştirakçılar da, biz də olduqca məmnun idik. Onlar belə təlim-kursların tez-tez keçirilməsini xahiş etdilər. İştirakçıların hər birinə Sertifikatlar təqdim olundu.
Aprel 09, 2016
Geri