Azərbaycan Respublikasının Mədəniyyət naziri Qarayev Əbülfəs Mürsəl oğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirakına görə Azərbaycan Respublikasının Mədəniyyət naziri Qarayev Əbülfəs Mürsəl oğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir

Cənab Nazir!
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin rəhbərliyi və kollektivi bu yüksək dövlət mükafatı almağınız münasibətilə Sizi təbrik edir, cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli işlərinizdə yeni-yeni uğurlar arzulayır.

Avqust 06, 2019

Geri